Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62315
az

Polis əməliyyat keçirdi: Tutulanlar var

17:4208 Dekabr, 2021
235
SON DƏQİQƏ
  • A

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Məlumatlar əsasında keçirilən tədbirlərlə yalnız bir gündə respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlar tərəfindən qanunsuz saxlanılan 10 ədəd ov tüfəngi götürülüb.

Belə ki, Astara rayon sakinləri - M.Məmmədovdan və S.Əhmədovdan, Beyləqan rayon sakinləri B.Aslanovdan və Ə.Məmişovdan, Qəbələ rayon sakinləri İ.Hacıyevadan və E.Abdullayevdən, Balakən rayon sakinləri R.Şərifovdan və P.Mollayevdən, Ağdam rayon sakini Z.Murtuzayevdən, Hacıqabul rayonunda isə X.Qarayevdən qanunsuz saxladıqları müxtəlif markalı ov tüfəngləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Bütün faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

"Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verilməlidir", - məlumatda qeyd edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əsgərimiz bədbəxt hadisə nəticəsində həlak oldu
Bloqer Hüseyn Həsənovun ölüm xəbəri yayıldı
SON DƏQİQƏ! Tanınmış şəxs vəfat etdi

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Xəzər dənizində naməlum varlıq görüldü –İNSANLAR QORXU İÇİNDƏ…
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Balqabaq tumunun bilmədiyimiz faydaları
Şəmkirdə hadisə: Ölən və yaralı var