Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6230
az

SON DƏQİQƏ!Artur Rasizadənin müşavirinin kürəkəni güllələndi

13:2318 Oktyabr, 2018
1143
KRİMİNAL
  • A
İstanbulun Beykoz səmtində iş adamı Mustafa Erkin Karamana silahlı hücum olub.

Oxu24.com  Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə ötən axşam saat 20:00 radələrində iş adamı avtomobilində olduğu zaman baş verib.

Hələlik kimliyi məlum olmayan şəxs və ya şəxslər avtomobilə 5 dəfə atəş açaraq hadisə yerindən qaçıblar. İş adamı iki güllə yarası alıb. Beykoz Dövlət Xəstəxanasına yerləşdirilən Karaman daha sonra özəl xəstəxanalardan birinə yerləşdirilib.

Cinayətkarların tapılması üçün araşdırma başladılıb.

Qeyd edək ki, Mustafa Erkin Karaman Azərbaycanın keçmiş baş naziri Artur Rasizadənin sabiq müşaviri Musa Məmmədovun kürəkənidir. O, 2012-ci ildə Günel Məmmədova ilə Çırağan sarayında evlənmişdi.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu
Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü