Bunu Rusiyanın baş qastroenteroloqu Vladimir İvaşkin TASS agentliyinə verdiyi müsabiqədə deyib.
Baş qastroenteroloqun sözlərinə görə Aralıq dənizi pəhrizi həmçinin yaşlı insanların aktivliyini artırır, onlarda yaşla əlaqəli olan baş beyni xəstəliklərinin riskini azaldır.
Aralıq dənizi pəhrizinin əsas ingrediyentləri bunlardır: zeytun yağı, təzə balıq, çoxlu meyvə və tərəvəzlər, qoz-fındıq. Faydası bütün dünyada təsdiq olunmuş bu pəhrizdə ət az istifadə olunur.
Baş qastroenteroloq ətdən tam imtina etməyi tövsiyə etmir. Lakin onun sözlərinə görə yağlı qırmızı ətin miqdarını azaltmaq, onun əvəzinə isə toyuq, evdovşanı, yağsız ətdən istifadə etmək daha məqsədəuyğundur.
Oxu24.com
ŞƏRHLƏR