Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62231
az

Azərbaycanın beynəlxalq sənədlərdə Ermənistanla bağlı irəli sürdüyü qeyd-şərtin məzmunu dəyişib

18:1907 Dekabr, 2021
745
SİYASƏT
  • A

Bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə onlayn iclası keçirilib.

Oxu24.com -un xəbərinə görə, toplatının gündəliyinə “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişə və “2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər edilməsi haqqında” Protokola qoşulmaq barədə və “Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə” qanunun ləğv edilməsi haqqında” qanun layihəsi daxil edilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, iki komitənin birgə iclasının gündəliyinə çıxarılan məsələ əqli mülkiyyət hüququnun qorunması və mühafizəsi sahəsində əməkdaşlıq üzrə sazişlərin ratifikasiyası ilə əlaqədardır. Sazişlərin spesifikliyindən danışan birinci vitse-spiker diqqətə çatdırıb ki, sənəddə sahə əməkdaşlıq orqanının yaradılması nəzərdə tutulub. Sazişə görə, tərəflər əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şura yaradırlar və Şura öz fəaliyyətini bu sazişin ayrılmaz hissəsi olan müvafiq Əsasnamə əsasında həyata keçirir.


Qeyd olunub ki, Azərbaycan tərəfi sənədə müəyyən qeyd-şərtlə qoşulur. Azərbaycanın indiyədək beynəlxalq sənədləri imzalayarkən Ermənistanın torpaqlarımızı işğalı faktını xüsusi qeyd-şərt kimi irəli sürməsinin siyasi-hüquqi və tarixi əhəmiyyətini vurğulayan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri hazırda təqdim olunan qeyd-şərtin ərazi bütövlüyü məsələsi ilə deyil, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı olduğunu bildirib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında gündəliyə çıxarılan bir qanun layihəsinin bir saziş və bir protokol olmaqla iki beynəlxalq sənədin ratifikasiyasını və bir qanunun ləğv edilməsini nəzərdə tutmasından danışıb.


Bildirilib ki, bu beynəlxalq sənədlər 2010-cu il noyabrın 19-da Sankt-Peterburq şəhərində imzalanmış “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Saziş və 2017-ci il mayın 26-da Kazan şəhərində imzalanmış “2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər edilməsi haqqında” Protokoldur.

Sözügedən saziş və protokolla bağlı tarixi ardıcıllıq üzrə ətraflı izahat verən komitə sədri Azərbaycanın bu sənədlərə qoşulmasını dövrün çağırışları kontekstində dəyərləndirib.

Səməd Seyidov təqdim olunan sazişlə bağlı Azərbaycanın müvafiq qeyd-şərtinin keyfiyyətcə yeni məzmun daşıdığını, Vətən müharibəsindəki Zəfərimizin yaratdığı reallıqlara və çağırışlara tam uyğun olduğunu bildirib. Belə ki, Azərbaycanın qeyd-şərtinə görə bu sazişin müddəaları münaqişənin nəticələri tam aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.

Qeyd edilib ki, qanun layihəsində 1998-ci il 4 dekabr tarixli “Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə” Qanunun ləğvi də 2010-cu il noyabrın 19-da Sankt-Peterburq şəhərində imzalanmış “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişin müddəalarından irəli gəlir.

Deputatlar Asim Mollazadə və Elman Nəsirov iclasda çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini və müsbət rəylərini səsləndiriblər. Onlar sazişin Azərbaycanın maraqlarına tam cavab verdiyini qeyd ediblər və sənədlə bağlı irəli sürülən qeyd-şərtdə Vətən müharibəsində Zəfərimizin reallıqlarının əks olunmasını yüksək dəyərləndiriblər.

Müzakirələrin sonunda sənəd baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva, deputatlar Əminə Ağazadə, Sabir Hacıyev, Nurlan Həsənov, Vüqar İskəndərov, Tahir Kərimli, Azay Quliyev, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Elşən Musayev, Madər Musayev, Nizami Səfərov, Sahib Alıyev, Nigar Arpadarai, Cavanşir Feyziyev, Tural Gəncəliyev, Azər Kərimli, Nəsib Məhəməliyev, Ramin Məmmədov, Sevil Mikayılova, Rasim Musabəyov, Sabir Rüstəmxanlı və digər rəsmi şəxslər iştirak ediblər.

TƏCİLİ İŞÇİ  AXTARILIR: MAAŞ 1000 AZN

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

​“Dediklərinizin arxasında fakt yoxdur”- Parlamentdə gərginlik
Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək
İlham Əliyevdən həmkarına məktub

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Əziz Seyidov təqaüdə göndərildi- Foto