Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61905
az

Bakıda vəzifəli qadını evə salıb zorladılar

15:5130 Noyabr, 2021
761
KRİMİNAL
  • A


Bakıda vəzifəli qadın zorlanıb.

Oxu24.com  “lent.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 49 yaşlı G. H (ad şərtidir) Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək gündüz saatlarında mühasib işlədiyi Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kommunal xərclərini yığmaq üçün həmin qəsəbənin Cəfər Cabbarlı küçəsi ev 36 ünvanında olarkən, orada yaşayan 39 yaşlı Şamo Rəsulovun onu zorla evə salıb döydüyünü, xəsarətlər yetirərək zorladığını və gecə saatlarına qədər mənzildə qanunsuz saxladığını bildirib.

Daxil olan məlumat əsasında polisdə araşdırmalara başlanılıb.

Ş.Rəsulov şübhəli şəxs qismində tutulub.

Hazırda araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Bu dövlət qurumunda əməliyyat keçirildi - Saxlanılanlar VAR
“Oğlumu döyüb təhqir ediblər, bundan sonra özünü asıb”