Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61690
az

SON DƏQİQƏ! \"Bandotdel\" Bakıda əməliyyat keçirib: Tutulan şəxslər görün kimdir

15:3025 Noyabr, 2021
995
  • A

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində növbəti əməliyyat həyata keçirilib. 

Bu barədə  Oxu24.com-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Əldə edilən məlumat əsasında həyata keçirilən tədbir zamanı Masallı rayon sakini Fərhad Nuroğlu və paytaxt sakini Ramin Qurbanov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindikləri üçün saxlanılıblar.

Onlardan 6 qramdan artıq heroin və metamfetamin götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Qurbanovun paytaxt ərazisində yaşadığı mənzildən ümumi çəkisi 31 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən 22 kiloqramdan artıq heroin, 7 kiloqrama yaxın “patı”, “şüşə” adlandırılan metamfetamin və 2 kiloqram tiryək aşkar edilib.

Fərhad Nuroğlu və Ramin Qurbanovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkokuryerliyə cəlb ediliblər. Daha sonra Fərhad Nuroğlu narkotik vasitələri Yardımlı rayonu ərazisində qəbul edərək Qaradağ rayonu ərazisində tanışı Ramin Qurbanova verib. Sonuncu isə narkotikləri yaşadığı evə gətirərək orada gizlədib. Onların məqsədi əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələrin hissə-hissə Bakı şəhərində satışını təşkil etmək olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hər iki şəxs barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Nigar Arpadarai:
Laçında 850 kq çətənə bitkisi məhv edilib

Arktikanın yenidən dondurulması planı hazırlanır

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Zərdabda iki narkokuryer saxlanıldı