Salyan rayonunda qətl hadisəsinin təfərrüatı məlum olub.
Rayonun Babazanlı kəndində yaşayan Tural Nəzərov hadisə yerinə idarə etdiyi taksi ilə gələn Səbuhi Qasımov Sərdar oğlu ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.
Hadisəni törədən şəxs saxlanılıb.
Bildirilir ki, qətli törədən şəxs nişanlıdır və bu yaxınlarda toyu olacaqmış.
Qətlə yetirilən gənc isə özünə məxsus VAZ-2107 markalı avtomobillə Salyanda taksi fəaliyyəti ilə məşğul olub.
Faktla bağlı cinayət işi açılıb, hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Qeyd edək ki, fotodakı qətlə yetirilən Səbuhi Qasımovdur.
///Publika.az
Oxu24.com
ŞƏRHLƏR