Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 233 yeni yoluxma faktı qeydə alınıb, 2 401 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxu24.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 570 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 533 175 nəfər müalicə olunaraq sağalıb, 7 579 nəfər vəfat edib, aktiv xəstə sayı 29 568 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 925, ötən müddət ərzində isə ümumilikdə 5 418 169 test aparılıb.
Oxu24.com
ŞƏRHLƏR