Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61223
az

Erkən boşalmanın səbəbi bu imiş - Həkim müalicəsin açıqladı +VİDEO

10:2716 Noyabr, 2021
1622
18+
  • A

Erkən boşalma, tez boşalma, kontrolsuz boşalma və yaxud da ki buna erkən eyakulyasiya deyilir.

Erkən boşalma nəyə deyilir?

Erkən boşalma hər 2 partnyorun, yəni həm kişinin, həm də qadının seksual həzz almaları üçün cinsi akt müddətinin kifayət dərəcədə kişi tərəfindən kontrol edilə bilməməsi və nəticə etibarilə tez bitməsinə deyilir.

Erkən boşalma diaqnozu necə qoyulur?
Erkən boşalma diaqnozu hansı kriteriyalar çərçivəsində qoyulur? 

Əgər ki kişinin son 3 ayda və bundan daha artıq müddətdə həftədə bir dəfə, bundan daha artıq sayda daimi münasibətdə olduğu, eyni partnyoru ilə birinci halda cinsi əlaqə başlamazdan öncə, yəni ön sevişmə müddətində, ikinci halda cinsi əlaqə başlayandan dərhal sonra, yəni penis vaginaya daxil olduqdan dərhal sonra ağırlıq dərəcəsindən asılı olaraq 15 saniyədən 6 dəqiqə aralığında boşalma müşahidə edilərsə, bu zaman biz erkən boşalma diaqnozu qoya bilərik.

Erkən boşalmanın ağırlıq dərəcələri

Erkən boşalmanın ağırlığına görə 3 dərəcəsi vardır:

Ən ağır dərəcəli erkən boşalma
Birinci dərəcəli erkən boşalma ən ağır dərəcəli erkən boşalmadır. Bu zaman cinsi əlaqə zamanı ön sevişmə müddətində və yaxud da ki, cinsi əlaqə başlayandan dərhal sonra, penis vaginaya daxil olduqdan dərhal sonra 15 saniyə aralığında boşalmanın müşahidə edilməsidir. Bu zaman biz buna “ən ağır dərəcəli erkən boşalma” deyirik.

Orta dərəcəli erkən boşalma
İkinci dərəcəli – orta dərəcəli, erkən boşalma isə cinsi əlaqə müddətində, yəni penis vagina daxil olduqdan 15 saniyədən 30 saniyə aralığında boşalma müşahidə edilərsə, buna “orta dərəcəli erkən boşalma” deyilir.

Zəif dərəcəli erkən boşalma
Üçüncü dərəcəli erkən boşalma – zəif dərəcəli erkən boşalmadır ki, bu zaman cinsi əlaqə müddətində, yəni penis vaginaya daxil olduqdan 30 saniyədən 1 dəqiqə aralığında boşalma müşahidə edilərsə buna “zəif dərəcəli erkən boşalma” deyilir.

Normal cinsi əlaqə müddəti nə qədərdir?
Ümumiyyətlə, erkən boşalma statistika göstərir ki, 15 saniyədən 6 dəqiqə aralığında olması göstəricidir. Lakin ideal cinsi əlaqə müddəti isə 5 dəqiqədən 15 dəqiqə aralığında olması daha məqsədəuyğundur. Lakin bu ndividualdır. Bu, onun yaşına, cinsi təcrübəsinə, zamana, məkana və əlaqədə olduğu partnyoruna görə dəyişilə bilər. 

Erkən boşalma cinsi disfunksiyalar içərisində kişilərdə ən geniş yayılandır. Təqribən 3-4 kişidən birində, faizlə göstərsək isə 40 faiz hallarda müşahidə edilməkdədir.

Erkən boşalmanın səbəbləri
Erkən boşalmanın səbəblərinə nəzər yetirdikdə isə 2 böyük səbəb vardır: Birinci dərəcəli – “primer erkən boşalma”, yəni bu doğulduqdan belə doğulmuşdur və bu şəkildə də davam edir. 

Primer erkən boşalma
1- Primer erkən boşalmaya TMS – travmatik masturbasiya sindromu aid edilir.

Travmatik masturbasiya sindromu nədir?

Travmatik masturbasiya sindromu cinsi əlaqəyə uyğun olmadan gənclik dövrlərində, yeniyetməlik dövrlərində öz əli vasitəsilə qısa, tez sürətli şəkildə vanna otağında və yaxud da ki porno filmləri izləməklə boşalma prosesini icra etməkdir.

2 – genetik faktorlar.

3 – bilgi əksikliyi. 

4 – cinsi təcrübəsizlik. Yəni ilkin olaraq cinsi əlaqədə olma, bu zaman partnyorun düzgün seçilməməsi, zaman-məkanın düzgün olmaması ilə əlaqədar ola bilər.

5 – dini, kultural, sosial inancların olması.

6 – Penis başı dərisinin həddindən artıq həssaslığın yüksək olması ilə əlaqədardır.

Sekonder erkən boşalma
İkinci dərəcəli erkən boşalma, buna “sekonder erkən boşalma” deyilir ki, bunun da 2 hissəyə ayırmaq olar: birinci psixoloji, ikinci isə bioloji səbəblərdən.

Psixoloji səbəblər
1 – Psixoloji səbəblər. 

Psixoloji səbəblərə kişinin həyəcanlı, təşvişli, gərgin, depressiv, daim stresli, xroniki yorğunluq sindromunun olması, nə zamansa bir uğursuz cinsi əlaqənin olması və nəticə etibarilə uğursuz cinsi əlaqə fonunda yaranan travmatik hadisələrin daim beynində düşünülməsi, təkrarlanması fonunda fobiyaların yaranması. Ailədə ata tərəfindən ailədaxili şiddətə məruz qalan oğlanlarda, cinsi partnyoruna qarşı həddindən artıq marağın olması, istəyin olması, cinsi partnyoru tərəfindən rədd edilmə qorxusu, cinsi partnyoru tərəfindən infeksiyaların bulaşması qorxusu, cinsi partnyorunun hamilə qalmaq qorxusunu misal göstərmək olar.

Bioloji səbəblər
İkincisi isə, bioloji faktorlar. 

Bioloji faktorlara nəzərə yetirdikdə isə burada xəstəliklərdən danışa bilərik. 

Birincisi cinsi orqan xəstəlikləri bunlara aiddir: prostatın iltihabı – prostatit, prostat vəzinin adenoması, prostat vəzinin xərçəngi; böyrək xəstəlikləri, yəni nefroloji xəstəliklər, burada sidik kanalının iltihabı – uretritlər, enurezi misal göstərmək olar. 

İkinci böyük qrup nevroloji xəstəliklərdir. Bunlara baş-beyin və onurğa-beyin xəstəlikləri, xüsusən, burada damar mənşəli patologiyalar və Dağınıq Skeleroz zamanı müşahidə edilə bilər.

Üçüncü böyük qrup ürək damar sistemi xəstəlikləri, xüsusən, hipertoniya xəstəliyi zamanı.

Dördürcü böyük qrupda hormonal disfunksiyalar zamanı, şəkərli diabet xəstəliyində, testestoronun səviyyəsinin aşağı olması, prolaktin səviyyəsinin yüksək olması, tiroid vəzinin hormonunun yüksək olması, hipertireodizm zamanı müşahidə edilməkdədir. Və həmçinin müəyyən xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatların qəbulu zamanı da erkən boşalma yarana bilər.

Erkən boşalmanın fəsadları
Fəsadlarına gəldikdə isə bu gələcəkdə boşanmaq, qadına qarşı aqressiyaların yaranması, özünə güvənsizlik, özünə inam hissinin aşağı olması… Kişi özünü yetərsiz fərd kimi hiss etməyə başlayır və nəticə etibarilə depressiyanın yaranmasına səbəb olur.

Erkən boşalmanın müalicəsi
Müalicə prinsiplərinə nəzər yetirdikdə isə burada yanaşı olan xəstəliklərdən asılı olaraq: 

1) Əgər burada bioloji xəstəliklər varsa, bu zaman yanaşı ixtisaslı mütəxəssislər tərəfindən müalicə olunması ilə yanaşı cinsi terapiyaların da olması məqsədəuyğundur.

2) Əgər burada uroloji cərrahi problem varsa, uroloq cərrahlar tərəfindən penis başının həssaslığın yüksək olması təqdirdə həmin sinir uclarının denervasiyası həyata keçirilir. 

3) Psixoloji tərəfdən yanaşdıqda isə burada cinsi terapiyalar aparılır ki, bu koqnitiv davranış texnikalar vasitəsilə keçirilmiş olan hər hansısa bir, beyində təkrarlanan, daim davam edən düşüncələrin, travmaların aradan qaldırılması istiqamətində aparılır. Və davranış terapiyaları  aparılır ki, burada “başla-dur texnikası” və “sıxışdırıcı texnika”dan istifadə olunur.

Sadaladığım terapiyalar ilə yanaşı dərman müalicəsi də aparılır ki, dərman müalicəsi anlıq və daimi dərman müalicəsi olunur. 

“Anlıq dərman müalicəsi” dedikdə bunlar yerli olaraq, lokal olaraq istifadə oluna bilən və peroral. Lokal, yerli istifadə olunan anestetiklər lidokain, prilokain tərkibli sprey, krem və yaxud da ki gel şəklində penis başının həssaslığının aradan qaldırılması istiqamətində həmin nahiyəyə 10-20 dəqiqə cinsi aktan əvvəl sürtülür və proses təqribən 1-3 saat ərzində davamlılığını saxlayaraq 2-3 qat erkən boşalma probleminin aradan qaldırmış olur.

İkinci peroral istifadə olunan həmin anlıq istifadə olunan dərman preparatları SSRI qruplarından olan antidepressant dapoksetindir ki, dapoksetin cinsi əlaqədən öncə 1-3 saat əvvəl istifadə olunar, 6-12 saat müddətində öz təsirini saxlayar və cinsi əlaqəni erkən boşalma problemini 2-3 qat aradan qaldırar.

Daimi dərman preporatlarına isə biz yenə SSRI qruplarından olan antidepressantlardan istifadə edirik. Xüsusən, burada paroksetin, fluoksetin, sertralin, sitalopram molekullarından istifadə olunur ki, ümumiyyətlə, bu zaman biz necə təsir göstəririk? 

Bir sinir ucundan ifraz olunan serotonin hər 2 sinir ucu arasında yerləşən sinaptik yarığa daxil olur. Cinsi akt müddətində həmin serotonin hormonu sinaptik yarığa ifraz olunur. Erkən boşalma problemi olan kişilərdə həmin bu ifraz olunma ilə geri alınma prosesi qısa müddət ərzində baş verir və həzz müddəti qısa olur və erkən boşalma prosesi baş verir.

Lakin biz cinsi həzz müddətində ifraz olunan serotonin maddəsinə həmin bu antidepressantları verməklə sinaptik yarığa tökülən serotonini bloklayırıq və bunun geriyə alınmasını əngəlləyirik və nəticə etibarilə sinaptik yarıqda seratonin konsentrasiyası ləngiyir, daha artıq miqdarda qalır və cinsi həzz müddətini uzadaraq erkən boşalmanı aradan qaldırmış oluruq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Fil xəsətliyi görün nədən yaranırmış: Müalicəsi olmayan bəla  (18+FOTOLAR)
Cinsi münasibətin müddətini dərmansız necə uzatmalı - Effektiv metodlar

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ