Türkiyədə silahlı insident olub.
Bu barədə Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə Afyonkarahisar şəhərində baş verib.
Çıkrıq qəsəbəsində uşaq baxımı üstündə bir neçə nəfər arasında yaranan mübahisə zamanı avtomobilə atəş açılması nəticəsində 5 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili yardım və jandarma qrupları cəlb olunub.
Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onlardan 4-nün həyatını xilas etmək mümkün olmayıb. Qeyd edilir ki, hadisə zamanı xəsarət alan daha 1 nəfərin vəziyyəti ağırdır.
Məlumata görə, hadisəni törədən şəxs qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun axtarışlarını davam etdirir.
Oxu24.com
ŞƏRHLƏR