Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60740
az

Şəhid Arəstə Baxışovanın  övladları və anası ilə bağlı üzücü xəbər

19:1206 Noyabr, 2021
445
CƏMİYYƏT
  • A

"Bu dəqiqə sistem altındayam. Koronavirus testimin cavabı müstbət çıxdı. Qaraciyərdən müalicə alıram. Heç qəhrəman anaya baxan yoxdur".

Oxu24.com  bildirir ki, bu sözləri Modern.az-a açıqlamasında şəhid Arəstə Baxışovanın anası Məktubə xanım deyib. Məktubə xanım hazırda Arəstə Baxışovanın övladları Mərdan və Zəhranın da səhhətinin pis olduğunu deyib:

"Zəhra, Mərdanın halları pis vəziyyətdədir, soyuqlayıblar, qızdırırlar. Axşam Zəhra yaxşı deyildi, 39 dərəcə qızdırması var idi. Təcili Yardıma zəng elədim, gəlib evdə test götürdülər. Cavab neqativ olsa da, uşaqlarda koronavirusun əlamətləri var. Neçə gündür qızdırmadan alışıb-yanır, titrətmə, bəlğəmli öskürəkdən əziyyət çəkirlər".

Müalicə xərclərinin öz hesabına olduğunu bildirən Məktubə xanım "YAŞAT" Fonduna bir neçə gün öncə müraciət etdiyini qeyd edib:

"Bu gün zəngimə cavab verilib. Özüm "Bir kart"dan 500 manat çıxardıb kreditlə iynə-dərman almışam. Fonda dedim heç olmasa dərmanların puluna kömək etsin. Qızımın 600 manat pensiyasını uşaqların iynə -dərmanına vermişəm. Bəs bu uşaqlar nə yeyəcəklər? Çətin durumdayam, heç yerdən köməyim yoxdur. Dərmanların hamısı bahadır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda it dişləyən azyaşlı qızın son VƏZİYYƏTİ
Vilayət Eyvazov sıra baxışı keçirdi - 25 müharibə iştirakçısı polisə qəbul olundu (VİDEO)
Bakıda 21 yaşlı qız itkin düşdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu