Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60611
az

Qıtığotu kökü + bal = GÜCLÜ İMMUNİTET

18:1304 Noyabr, 2021
250
CƏMİYYƏT
  • A

Qıtığotu kökü güclü bakteriya, viris, infeksiya əleyhinə təsirə malikdir.

Qıtığotu kökü C vitamini ilə olduqca zəngindir. Həmçinin onun tərkibində fitonsid maddələri, lizosim var ki, bu maddələr ziyanlı mikrobları öldürür. Məhz fitonsidlər qıtığotu kökünə xüsusi qoxu verir.

Qıtığotu kökü qədim zamanlarda müalicəvi vasitəsi kimi istifadə olunurdu. Keçmişdə qıtığotu kökünün köməyi ilə bir çox xəstəlikləri - müxtəlif iltihablar, sidik kisəsi xəstəlikləri, podaqra, revmatizm, radikulit, oynaq xəstəlikləri və s. - müalicə edirdilər.

Həmçinin qıtığotu kökündən həm keçmişdə, həm də indi çox dadlı və faydalı sous hazırlayırlar. Bu sous ət xörəklərində istifadə olunur. Sous iştahanı artırır, həzm traktına iltihabəleyhinə təsir edir.

Müasir zamanlarda da bu bitki müalicəvi vasitə kimi istifadə olunur. Radikulit, oynaq xəstəlikləri zamanı qıtığotu kökü sürtgəcdən keçirilir, pambıq əskiyə çəkilir və ağrıyan nahiyəyə qoyulur. Bu vasitə ağrıları və iltihabı azaldır.

Qıtığotu kökü soyuqdəymə xəstəlikləri zamanı və həmçinin bu xəstəliklərin profilaktikası məqsədi ilə istifadə olunur və çox yaxşı effekt verir.

Belə hesab olunur ki, bu bitkinin güclü xərçəng əleyhinə təsiri var.

Qıtığotu kökü immuniteti gücləndirir. Bu bitkidən xüsusi immunitet gücləndirən vasitə hazırlayırlar.

Resept:

Qıtığotu kökü benderdən keçirilir və eyni miqdarda duru balla yaxşı qarışdırılır. Bu vasitəni soyuducuda saxlayın və immuniteti möhkəmləndirən vasitə kimi daim istifadə edin. Bu vasitəni gün ərzində 2-3 dəfə 1 çay qaşığı olmaqla qəbul edin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Limon suyunun möcüzəvi faydaları
Goranboyda ər-arvad dəm qazından öldü
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı