Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60538
az

Kişilərin bədənlərində baş verən təhlükəli dəyişikliklər - DİQQƏT YETİRİN

12:2803 Noyabr, 2021
438
TİBB
  • A

Xərçəng xəstəliyinin əlamətləri müxtəlif ola bilər. Bu əlamətləri vaxtında təyin etmək kişilərdə xəstəliyin təhlükə riskini azalda bilər.

Oxu24.com  kişilərdə rast gəlinən xərçəngönü vəziyyətin əlamətlərini təqdim edir.
Testislərdə yəni xayalarda dəyişikliklər

Testislərdə əmələ gələn şiş və ya ağrı kimi əlamətlər testis xərçənginin bir əlaməti ola bilər. Belə bir vəziyyətdə dərhal urologiya mütəxəssisi ilə görüşmək lazımdır.

Tez-tez sidiyə çıxma

Bu, xüsusilə 50 yaşdan yuxarı kişilərdə rast gəlinən prostat xərçənginin əlaməti ola bilər. Həkimlər 50 yaşından sonra kişilərə tez-tez prostat vəzlərini müayinə etdirməyi tövsiyə edir.

Nəcisdə qan görülməsi

Nəcisdə qan görülməsinin bir çox fərqli səbəbi ola bilər: babasil, sidik yolu infeksiyası, bağırsaq, həmçinin böyrək xərçənginin ilkin əlamətlərinə daxil edir.

Səbəbsiz ağrı və yorğunluq

Xərçəngin tez-tez görülən əlamətlərindən biri də səbəbsiz yaranmış ağrı və yorğunluqdur. Bu kimi vəziyyətlərdə vaxt itirmədən həkimə gedin.

Ağız yaraları

Siqaret və tütün istifadə edən insanların ağız xərçənginə yaxalanma riski olduqca çoxdur. Ağız içinizdə, dodaqlarda tez-tez qırmızı və ya ağ ləkələr əmələ gəlirsə, bu, ağız xərçənginə işarə edə bilər.

Limfada şişkinlik

Boyun, qoltuqaltı və ya digər nahiyələrdə yerləşən limfa vəzilərində səbəbsiz şişlərin əmələ gəlməsi də xərçəng simptonlarına daxildir.

Çətin udmaq, udqunmaq

Yemək yeyərkən udmağa çətinlik çəkirsinizsə, eyni zamanda qusma və çəki itkisi kimi əlamətlər varsa, həkim nəzarətindən keçin.

Digər əlamətlər - Mədə yanması - Hərarət - Sinədə dəyişikliklər - Səbəbsiz və ani çəki itkisi - Öskürək - Dəridə dəyişikliklər

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadınlarda göbələk xəstəliyi
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Oynaqları balla müalicə edin - RESEPTLƏR

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı