ATV-nin "Bizimləsən" proqramına müraciət edən Səhhət, böyrəyindən gələn çirkdən əzziyyət çəkdiyini bildirib.
Oxu24.com xəbər verir ki, verilişə gələn həkim, onun bu probleminin öhdəsindən gələ biləcəklərini qeyd edib:
"Mən Səhhətin dediklərini eşitdim və dəvət etdik. Müayinələrinə baxdıq. 12 ildir bu problemlə yaşayır. Öncə yoxlayacağıq. Çatışmazlıqları aradan qaldıracağıq. Düşünürəm ki, öhdəsindən gələcəyik və bu problemdən qurtulacaq".
Sevinc göz yaşlarını saxlaya bilməyən Səhhət, həkimi qucaqlayaraq çox sevindiyini bildirib.
Oxu24.com
ŞƏRHLƏR