Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60272
az

Müharibənin Altıncı Günü NƏ BAŞ VERDİ? - Ruslar Üzə Çıxardı

20:2529 Oktyabr, 2021
1169
  • A

Xəbər verildiyi kimi, bu günlərdə Rusiyanın aparıcı beyin mərkəzlərindən biri- strategiyaların və texnologiyaların analizi Mərkəzi ikinci Qarabağ müharibəsindən bəhs edən “Qafqazda fırtına” adlı kitab dərc edib. Kitabda müharibə geniş beynəlxalq və regional kontekstdə təhlil olunur, hərbi əməliyyatların gedişinə dair bir çox maraqlı və indiyədək ictimailəşməmiş detallar öz əksini tapır.

Oxu24.com  xəbər verir ki, rusiyalı təhlilçilər Azərbaycan ordusunun taktikasını təhlil edərkən hücum üçün iki əsas və iki köməkçi istiqamətin seçildiyini qeyd edirlər. Təhlildə bildirilir ki, hərbi əməliyyatların ilkin fazasında Azərbaycan öz sərəncamında olan bütün qüvvə və vasitələri döyüşə atmışdı.

Döyüşlərin ilk günlərində cəbhənin müxtəlif istiqamətlərində müasir T-90 tankları BMP-3 piyada döyüş maşınlarının müşayiəti ilə hücuma atıldı, o cümlədən nisbətən köhnə T-72 tankları  və köhnəlmiş BMP-1 döyüş maşınları döyüş meydanında göründü.

Hücumun əsas istiqaməti kimi birbaşa Xankəndinə çıxmağa imkan verən mərkəz, yəni Ağdam istiqaməti seçilməmişdi. Kitabda deyilir ki, müharibədən sonra Azərbaycan tərəfinə verilən mina xəritələri bu qərarın düzgünlüyünə bir daha dəlalət edir. Hərçənd hərbi əməliyyatların gedişi ərzində mərkəz istiqamətində də erməni mövqeləri zərbə altında saxlanılırdı.

Şimal-şərq cəbhəsində Azərbaycan ordusunun 1-ci ordu korpusunun hücumu dərələr boyu Talış qəsəbəsinə və Ağdərənin mərkəzinə istiqamətlənmişdi. Lakin ərazinin dağlıq olması səbəbindən hücum ilk günlərdə sürətli alınmadı. Bu istiqamətdə cəbhəni yarmaq cəhdi bir neçə tank, BTR və BMP-lərin, o cümlədən canlı qüvvənin itirilməsi ilə nəticələndi.

 

Mühüm və ən perspektivli istiqamət isə cənub idi.  Burada Azərbaycan ordusunun 2-ci korpusunun qarşısında Horadiz dəhlizində-dar, faktiki düzənlik ərazidə, İranla sərhəd, Araz çayı sahilindəki 4-5 kilometr enində sahədə müdafiə xəttini yarmaq vəzifəsi dayanırdı. Bu istiqamətdən cəbhənin yarılması daha sonra Araz çayının sahili boyu, Göyən düzü ilə irəliləmək imkanı yaradırdı. Ancaq cəbhənin bu sahəsi zirehli texnikadan effektiv istifadəyə imkan verirdi. Ona görə də burada 4-cü ordu korpusunun ağır texnika-T-90 tankları, BMP-3, BTR-82 və müasir təkərli zirehli maşınlarla (“Matador” və “Marauder”)   silahlanmış ən yaxşı hissələri cəmləşdirilmişdi.

Paralel olaraq cənubda Füzuli şəhəri istiqamətinə köməkçi zərbə endirilirdi. Bu şəhərin götürülməsi Qarabağın dağlıq hissəsinin dərinliklərinə doğru hücumun yolunu aça bilərdi.

 

Kitabda qeyd olunur ki, Azərbaycan ordusu pilotsuz uçan aparatlarla yanaşı məhz cənub istiqamətində pilotlu aviasiyadan məhdud da olsa, istifadə edirdi. Su-25 hücum təyyarələri lazerlə yönləndirilən və idarəolunmayan bombalarla Füzuli və Cəbrayıl şəhərləri rayonundakı hədəflərə hücum edirdi.

Məhz bu hava hücumlarından birində, Cəbrayıl ətrafında polkovnik Zaur Nudirəliyevin (Vətən Müharibəsi Qəhrəmanı, ölümündən sonra,-red.) idarə etdiyi Su-25 vuruldu. Bundan sonra Azərbaycan təxminən iki həftəyə yaxın pilotlu aviasiyanın döyüşlərdə iştirakını məhdudlaşdırdı, pilotsuz aviasiyaya üstünlük verdi.

Kitabda deyildiyi kimi, Azərbaycan ordusu daha bir köməkçi hücum istiqaməti kimi şimal cəbhəsini seçmişdi. Orada Azərbaycan ordu komandanlığı xüsusi təyinatlı qüvvələrin köməyi  və 3-cü ordu korpusunun hissələri ilə Murovdağ silsiləsindəki erməni mövqelərinə həmlə etdi. Burada məqsəd Zod-Kəlbəcər yolunu nəzarətə götürmək və nəticədə Dağlıq Qarabağı Ermənistanla birləşdirən yollardan birini kəsmək idi.  Murov silsiləsi uğrunda döyüşlər onunla nəticələndi ki, vaxtaşırı olaraq erməni tərəfi Zod-Kəlbəcər yolunda mülki nəqliyyatın hərəkətini dayandırmalı oldu, amma yolun tam bağlanması belə görünür ki, baş tutmadı.

Döyüşlərin ilk günlərində Azərbaycan ordusu Horadiz dəhlizi rayonunda erməni qüvvələrin müdafiəsini sıxışdırdı. Lakin burada sürətli hücum ərazilərin sıx minalanması nəticəsində mümkün olmurdu. Tanklar mina tralları ilə təchiz olunsa da, məsafədən mina təmizləmə sistemi işə salınsa da irəliləmək çətin idi. Hücum tempini aşağı salmalı olan həmlə qrupları tank əleyhinə idarəolunan raketlərin və arxa cəbhədən erməni artilleriyasının atəşi altına düşürdü.

F.Məmmədov
virtualaz.org

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlan ilbisi yedi — Viral olan həmin video
Xəzər dənizində naməlum varlıq görüldü –İNSANLAR QORXU İÇİNDƏ…
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü