Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60172
az

Azərbaycanlılardan ibarət qruplaşma Türkmən dağında qanlı döyüşlər aparır

22:2727 Oktyabr, 2021
540
REDAKTORUN SEÇİMİ
  • A
Suriyanın şimalında, Latakiyə bölgəsində “Əl-Qaidə”nin bazasında yaradılmış “Həyyat Təhrir əş-Şam” cihadçı qruplaşması Türkmən dağında mənzillənmiş, əsasən azərbaycanlılardan ibarət olan “Cundullah” radikal qruplaşmasına qarşı şiddətli döyüşlər aparır. Oxu24.com virtualaz-a istinadən xəbər verir ki, bu haqda “Al Mayadeen” nəşri bildirir. Bir vaxtlar həmin qruplaşma “Həyyat Təhrir əş-Şam” qruplaşmasına daxil idi, amma sonradan onların arasında ziddiyyətlər yaranıb. Bildirilir ki, hazırda bölgədə üzvləri əsasən xaricilərdən ibarət olan iki azsaylı qruplaşma-“Əbu Müslim əl-Şişani” ləqəbli çeçenin rəhbərlik etdiyi “Cund əl-Şam” və “Əbu Hənifə əl-Azəri” ləqəbli azərbaycanlının başçılıq etdiyi, təxminən 150 cihadçıdan ibarət “Cundullah” qruplaşması “Həyyat Təhrir əş-Şam” qruplaşmasına müxalifdir. Onların arasında amansız mübarizə gedir. Bu iki qruplaşma “ən-Nüsra Cəbhəsi” kimi də tanınan “Həyyat Təhrir əş-Şam” qruplaşmasına qarşı vahid cəbhə yaradıb və onun komandiri Əbu Məhəmməd əl-Culaniyə tabe olmur. Həmin qruplaşmalar Türkmən dağında möhkəmlənib, “Həyyat Təhrir əş-Şam” yaraqlıları onlara iki istiqamətdən həmlələr edir. Bir neçə gün əvvəl “Həyyat Təhrir əş-Şam” bu qruplaşmalara qarşı özünün artilleriyasını və tanklarını da işə salıb. Bildirilir ki, Türkmən dağında mövqe tutmuş qruplaşmalarla danışıqlara heyət göndərilsə də “Cundullah” üzvləri onları edam ediblər. “Cundullah” qruplaşmasının “Həyyat Təhrir əş-Şam”la heç cür barışmaq niyyəti yoxdur və sonadək döyüşməkdə qərarlıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərlə arvad bir yerdə öldü — Azərbaycanda faciə
Kim Çen In üç generalını Rusiyaya göndərdi - DETALLAR
Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı