Argentinada anası və xalasını öldürməkdə günahlandırılan və özünü pişik zənn edən israilli Gilad Gil Pereq məhkəmədə miyoldamağa başlayanda zaldan qovulub.
Oxu24.com qərb mediasına istinadən xəbər verir ki, 2019-cu ildə Argentinanın Mendoza əyalətində onu ziyarət edən anası və xalasını öldürməkdə günahlandırılan Pereqin məhkəməsi özünü pişik zənn edən 40 yaşlı şübhəlinin məhkəmədə miyoldamağa başlaması səbəbindən yarımçıq qalıb. Hakimin qarşısına çıxarılan Pereq məhkəmə başlayan kimi bunu etməyə başlayıb. Ona ünvanlanan suallara cavab verməyən, miyoldayan Pereq hakimin əmri ilə zaldan çıxarılıb.
Oxu24.com
ŞƏRHLƏR