Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6008
az

Bakıda kanalizasiya quyusundan neft çıxdı - VİDEO

10:2211 Oktyabr, 2018
808
  • A
 Bakının Suraxanı rayonunda kanalizasiya quyusundan neft çıxıb. Neft kanalizasiya xətti ilə evlərə dolub.

Oxu24.com -un  “Xəzər” TV-yə istinadən məlumatına görə, sakinlər yaranmış vəziyyətdən narahatdırlar.

Onlar evdə oturmağın mümkün olmadığını deyirlər. Sakinlərin sözlərinə görə, bir neçə ay əvvəl bu kanalizasiya xəttində neft görünüb. Əvvəllər az olub və qısa zamanda problem aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb.

Son bir neçə gündə neft quyunun ağzına qədər qalxıb. Hətta neft kanalizasiya xətti vasitəsilə evlərin hamamından və digər hissələrdən də çölə çıxır.

Məsələ ilə bağlı əraziyə cavabdeh olan 139 saylı Mənzil Kommunal İstismar Sahəsindən bildirilib ki, problem qısa zamanda aradan qaldırılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hamının süfrəsində olan bu meyvənin tumu xərçəng hüceyrələrini məhv edir
Yuxuda ilan görmək nə vəd edir?
Keçmiş peşəniz sizin haqqınızda nə deyir? – Şəkil TESTİ