Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107442
az

Növbəti köç karvanı Laçına yola salındı

10:4730 Aprel, 2024
33
QARABAĞ
  • A

Bu gün Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.

Oxu24.com xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Zabux kəndinə isə 2 ailə - 4 nəfər köçürülür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Bununla ümumilikdə Laçın şəhərinə 1838 nəfər (493 ailə) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 823 nəfərə (217 ailə) çatıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kamran Əliyev onu Xankəndiyə prokuror təyin etdi
Azad olunmuş ərazilərdə 35 mina zərərsizləşdirilib
Latviya Parlamentinin sədri Şuşaya getdi