“Azərbaycanın Naxçıvanla normal əlaqələr yaratmasına şərait yaratmaq Ermənistanın qarşısında duran ilk vəzifələrdən biridir”.
“Ölkə.Az” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” klubunda çıxışı zamanı bəyan edib.
“Azərbaycan Naxçıvanla normal kommuniksiya əlaqələrin yaradılmasında maraqlıdır. Bu da Ermənistanın qarşısında duran ilk vəzifələrdən biridir. Bölgədə səmərəli iqtisadi həyat və qarşılıqlı əlaqə qurulmalıdır. O cümlədən gələcəkdə Azərbaycanla birlikdə. Prinsipcə Ermənistan da bunda maraqlıdır”, - Putin qeyd edib.
Putin Ermənistanın Türkiyə ilə də münasibətlər qurmaq niyyətində olduğunu dilə gətirərərk deyib ki, Türkiyə ilə münasibətlərinə yenidən baxıb, nomallaşdırıb, ona yeni xarakter vermək istəyir: “Bu və digər hallarda əsas məqsəd iki dövlətin təhlükəsiz bir yerdə yaşamasına və iqtisadi inkişaf üçün şəraitin yaradılmasına gətirib çıxarmalıdır. Bunu etmək mümkündürmü, yoxsa, yox? Mümkündür”.
Oxu24.com
ŞƏRHLƏR