Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.
OXU24.COM APA-ya istinadən xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, məktəbli bir həftə temperaturu olduğu üçün müalicə olunub. Bir həftədən sonra dərsə gəlib və bu gün qəflətən halı pisləşib.
Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa aparılıb. Ölümün səbəbi ekspertin rəyindən sonra bilinəcək.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR