Xəbər verdiyimiz kimi, bu gün saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.
Şəhidimiz Goranboy rayonunun Borsunlu kəndindəndir.
2002-ci il təvəllüdlü Əfqan evin tək oğlu olub və bir il idi hərbi xidmətdə imiş.
O, sabah doğulduğu kənddə torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
Oxu24.com
ŞƏRHLƏR