Goranboyda yol qəzası olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şəfəq kəndində qeydə alınıb. "VAZ-21099" markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində "VAZ-21099"un sürücüsü, 1992-ci il təvəllüdlü R.Namazov xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qəza nəticəsində digər avtomobildə olan 1 nəfərin də xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxu24.com
ŞƏRHLƏR