Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59366
az

Son günlər koronavirusa yoluxmaların artma səbəbi nədir? - Baş infeksionist AÇIQLADI

18:3208 Oktyabr, 2021
414
CƏMİYYƏT
  • A

Ötən iki gün ərzində koronavirusa yoluxmaların sayında artım müşahidə olunmaqdadır. Belə ki, son iki gündə yoluxmalar min rəqəminin üzərindədir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, virusun artacağı ilə bağlı narahatlıqlar əvvəlcədən var idi: “Bundan əvvəl bildirmişdik ki, virusun yayılmasının artması üçün şərait var. Yəni bizim bununla bağlı narahatlıqlarımız əsassız deyil. Səbəblər də bəllidir. Yumşalmalara gedilir, təmaslar artır, təhsil bərpa olunub. Gələn həftə "məhərrəmlik"dən sonra toylar da bərpa olunacaq. Bundan əlavə, havaların soyuması ilə insanların qapalı məkanlarda toplaşması halları artıb. Bütün bunlar virusun artmasına xidmət edir”.

T.Eyvazov əlavə edib ki, bunun qarşısını almaq üçün əsas amillərdən biri əhalinin vaksinasiya olunması və qaydalara düzgün riayət etməsidir.

Qeyd edək ki, örən gün Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 013 yeni yoluxma faktı qeydə alınıb, 1 244 nəfər müalicə olunaraq sağalıb. İndiyədək ölkədə ümumilikdə 489 226 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 469 665 nəfər müalicə olunaraq sağalıb, 6 625 nəfər vəfat edib, aktiv xəstə sayı 12 936 nəfərdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Limon suyunun möcüzəvi faydaları
Goranboyda ər-arvad dəm qazından öldü
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı