Xəbər verdiyimiz kimi, müğənni Səyyad Əlizadə 63 yaşında dünyasını dəyişib.
OXU24.COM axşam.az-a istinadən xəbər verir ki, mərhumun oğlu Atabəy atası ilə bağlı sosial şəbəkədə paylaşım edib.
O, atasının fotosunu yayımlayaraq "Həmişə qəlbimizdə yaşayacaqsan, canım atam" sözlərini qeyd edib. Atabəy daha sonra ifaçının məzarının görüntülərini pylaşıb.
Qeyd edək ki, 63 yaşlı müğənni koronavirus infeksiyasına yoluxmuşdu. O, əvvəlcə Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilmiş, daha sonra Mərkəzi Gömrük Hospitalına köçürülmüşdü. Həkimlər ifaçının səhhətinin ağır olduğunu, ciyərlərinin 80 faiz buzlaşdığını deyib. S.Əlizadə uzun müddətdir süni komada saxlanılırdı.
Müğənni öz vəsiyyəti ilə Füzuli rayonunun Babı kəndində valideynlərinin yanında dəfn edilib.
Oxu24.com
ŞƏRHLƏR