Azərbaycanda bu gündən ibtidai siniflər üçün yeni tədris ili başlayıb.
Maraqlıdır, pandemiya zamanı açılan məktəblərdə şagirdlərin tənəffüs fasiləsində istirahəti necə təşkil olunub?
Bu barədə məktəblərdən bildirilib ki, tənəffüs vaxtı ilə bağlı heç bir qadağalar baş tutmasa da, tənəffüs zamanı şagirdlərin bir yerə toplanmasına icazə verilməyib. Həmçinin uşaqlara davamlı olaraq gigiyenik qaydalara əməl etmələri tapşırılıb.
Bundan başqa fasilələrdə pəncərələr açılaraq sinif otağı havanlandırılıb.
Oxu24.com
ŞƏRHLƏR