Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58654
az

“Vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb olacaq” - Partiya sədrindən maraqlı İDDİA

23:3418 Sentyabr, 2021
1689
DÜNYA
  • A

Peyvənd əleyhinə açıqlamaları ilə tez-tez gündəmə gələn Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakanın yeni açıqlaması müzakirə obyekti olub.

OXU24.com xəbər verir ki, partiya rəhbəri bu dəfə vaksinlərin əks təsirindən söz açaraq qeyri-adi iddialar irəli sürüb. Belə ki, Ərbakan RNA texnologiyasına əsaslanan peyvəndləri vurduranların yarı insan, yarı meymun uşaqlar dünyaya gətirə biləcəyini deyib: “Bu vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb ola bilər”.

Vaksin vurdurmadığını və vurdurmaq fikri olmadığını deyən F.Erbakan Kayseridəki mətbuat konfransında yerli peyvənddən də söz açıb. O, son çarə olaraq TURKOVAC-a üstünlük verə biləcəyini qeyd edib.

“Əslində vaksin vurdurmağa ehtiyac olmadığını düşünürəm. Mənə görə, ümumiyyətlə, peyvənd vurdurmamaq yaxşıdır və bu, mənim şəxsi seçimimdir. Amma məcbur qalsam, təbii ki, dövlətin qaydalarına qarşı gələ bilmərəm. Ona görə də vaksinlər arasında TURKOVAC-ın daha uyğun olduğunu fikirləşirəm”, – deyə siyasətçi əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampın qələbəsinə əhalinin reaksiyası - FOTO
Yaponiyada güclü zəlzələ oldu
Harris Trampı təbrik etdi

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Kartof qabığı görün nəyə dərman imiş — Dəmləyib için!
32 yaşlı qadın Kürdə batdı