Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58502
az

Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı

16:4114 Sentyabr, 2021
851
REDAKTORUN SEÇİMİ
  • A

Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM "publika.az”a istinadən xəbər verir ki, R.Quliyev barəsində Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu - zor tətbiq etməklə törədildikdə) maddəsi ilə açılmış iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə maraqlı məqamlar üzə çıxıb.

Özündən 10 yaş böyük xanıma gözü düşdü

Bəlli olub ki, 1989-cu il təvəllüdlü R.Quliyev evlidir və 3 uşaq atasıdır. Bir müddət əvvəl ailədaxili münaqişə səbəbindən onun həyat yoldaşı evi tərk edib və Cəlilabad rayonuna – ata evinə gedib. Uşaqlar isə Qaracəmirlidə Rəşadın yanında qalıb. İş üzrə zərərçəkmiş şəxs qismində tanınan R.Quliyevin qonşusu, 1979-cu il təvəllüdlü Flora Muradova (ad və soyad şərtidir) isə 2000-ci ildə ailə həyatı qurub. Lakin 2005-ci ildə boşanaraq ata evinə qayıdıb və hazırda 16 yaşlı qızı var.

Flora Muradova istintaqa ifadəsində bildirib ki, Rəşadın ona olan istəyindən xəbərdar olub. Lakin heç vaxt özündən 10 yaş kiçik olan Rəşadı sevməyib. Boşanıb ata evinə qayıtdıqdan sonra qonşuluqda yaşayan Rəşadla münasibəti olmayıb. Buna baxmayaraq, 6 il əvvəl evli olan Rəşad Quliyev onun yaşadığı evin həyətinə qanunsuz olaraq daxil olduğu üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər və həmin hadisə prokurorluqda araşdırılıb.

Saçımdan tuta-tuta maşını sürürdü

Zərərçəkmiş qadın ifadəsində hadisəni belə təsvir edib: "14.12.2020-ci il tarixdə saat 17 radələrində evdən çıxıb kəndin mərkəzində yerləşən aptekə xəstə anama dərman almaq üçün təxminən 300-400 metr küçə ilə piyada hərəkət etdikdən sonra Rəşad idarə etdiyi sarı rəngli "VAZ 21011" markalı avtomobilini yanımda saxlayıb avtomobilə əyləşməyimi dedi.

Rəşada yanımdan getməyini deyib irad bildirdim, sonra yola davam edib aptekə getdim. Aptekdən dərman alıb evə qayıdanda Rəşadın avtomobillə yenə kənardan getdiyini gördüm, lakin fikir vermədim.

Evə çatmağıma təxminən 200 metr qalmış artezianın yanında Rəşad avtomobilini qarşımda saxladı. Həmin vaxt Rəşad avtomobildə tək idi. Mən yoluma davam etdim və bu vaxt Rəşad avtomobili arxaya doğru hərəkət etdirib qarşımda saxladı.

Bundan sonra Rəşad sükanın arxasından düşdü və mənə yaxınlaşıb qolumdan və kürək nahiyəmdən hər iki əlləri ilə tutub avtomobilin sağ arxa qapısına tərəf gətirdi, sonra əli ilə arxa qapını açıb məni çəkişdirdi və zorla avtomobilə əyləşdirib qapının bağlanması üçün düyməni basdı.

Sonra Rəşad sükana tərəf getmək istədi, mən isə qapını açıb düşmək istədim, lakin Rəşad imkan verməyib yenidən qapını bağladı. Həmin vaxt qapının çərçivəsi ilə ayna hissəsi mənim sifətimin sağ nahiyəsinə dəydiyindən ağrı hiss edib əlimlə başımı tutdum.

Rəşad isə dərhal qabaq sağ oturacaqdan salona daxil olub əli ilə mənim saçımdan tutmaqla sükanın arxasında əyləşdi və avtomobili tək əli ilə işə saldı. Sonra Rəşad bir əli ilə mənim saçımdan tutmaqla digər əli ilə başımı aşağı saldı ki, heç kəs məni avtomobildə görməsin, digər əli ilə isə avtomobili idarə edirdi.

Yolda gedərkən Rəşad məni hədələdi ki, bu barədə sonradan heç kəsə məlumat verməyim, əks halda onu şərlədiyimi deyəcəyini və buna görə də ona heç kəsin inanmayacağını bildirdi.

Təxminən 100-200 metr Rəşadın avtomobilində kəndin çıxış hissəsinə doğru hərəkət etdik, həmin vaxt Rəşaddan məni buraxmasını tələb etsəm də, buraxmadı. Mən isə düşməyə cəhd etdiyimdən, eləcə də Rəşad bir əli ilə məni saxladığından sükanı sağa-sola döndərirdi.

Bu vaxt avtomobil təpə kimi bir az yüksək yerə çıxıb dayandı, qapılar öz-özünə açıldı, tez avtomobildən düşmək istədim. Həmin vaxt Rəşad yenə əli ilə məni tutmaqla avtomobildən düşməyə icazə vermədi. Sonra Rəşad yenə təxminən 100 metr avtomobili idarə etdi və həmkəndlimiz İlhamın evinin qarşısında avtomobil yenidən öz-özünə dayandı.

Bu vaxt qabaq sağ qapı açıldı, həmin vaxt Rəşad məni buraxmalı oldu. Çünki Rəşad bir əli ilə avtomobili işə salmaq istəyərkən və digər əli ilə sükanı tutduğundan əlini çəkdi.

Mən də bundan istifadə edərək arxa qapını açaraq avtomobildən düşdüm. Həmin vaxt Rəşad arxamca düşməsə də, çağırıb dedi ki, "əşyan qaldı, əşyan qaldı". Mən isə oradan iti addımlara qaçmaqla yaşadığım evə doğru hərəkət etməyə başladım.

Təxminən 100 metr məsafə qət etdikdən sonra Rəşadın avtomobillə yenidən yanıma çatdığını görüb, dərhal oradakı döngədən dönməklə bibimin evinə doğru hərəkət etdim. Düşündüm ki, yaşadığım evə doğru getsəm, yenidən Rəşad məni avtomobilinə zorla mindirəcək. Rəşad da döngədən dönməyimi görüb çıxıb getdi".

Zərərçəkən qadın qeyd edib ki, utandığı üçün hadisə barədə valideynlərinə heç nə deməyib, lakin az sonra bu barədə bacısına bildirib. O da əsəbiləşərək Rəşadgilin evinə gedib və polisə hadisə haqqında məlumat verib. F.Muradova izahat verdikdən sonra bədənində xəsarətlər olduğuna görə tibbi müayinədən keçib, həmçinin onun iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Onu uşaq vaxtından sevmişəm

Təqsirləndirilən şəxs qonşuluqda yaşayan Floranı uşaqlıqdan sevdiyini, hadisədən 4 ay əvvəl həyat yoldaşının evdən çıxaraq getdiyini və 3 körpə uşağının onun öhdəsində qaldığını, yenidən evlənmək niyyətində olduğunu deyib.

Həyat yoldaşından rəsmi qaydada boşanmayan R.Quliyev qaçırılma hadisəsini əvvəlcədən Flora ilə birlikdə planlaşdırdıqlarını deyib:

"Şəmkir rayonu Qaracəmirli kəndində anam və azyaşlı övladlarımla birlikdə yaşayıram, arvadımla təxminən 4 ay əvvəl qeyri-rəsmi ayrılmışıq.

Özümə məxsus "Vaz 21011" markalı avtomobillə fərdi taksi fəaliyyəti göstərib övladlarıma baxıram. Zərərçəkmiş şəxs mənim qonşumdur. Lakin buna baxmayaraq, hər ikimiz ailə qurmamışdan əvvəl bir-birimizi sevmişik.

Valideynlərimiz bizim ailə qurmağımıza imkan verməyib, daha sonra Flora ailə qurub, lakin bir neçə ildən sonra boşanıb atasının evində yaşamağa başlayıb.

Bundan sonra bir müddət əlaqələrimiz olub, təxminən 5-6 il əvvəl Flora məni evinin hamam otağında olan böyük ölçülü vedrəni götürməkdə ona köməklik etməyi xahiş etdi və həmin vaxt da onun ailə üzvləri bunu səhv anlayıb barəmdə Şəmkir rayon prokurorluğuna şikayət etdilər.

Bundan bir müddət sonra Flora ilə danışmışıq, təxminən 4 ay əvvəl isə arvadım məndən ayrılıb getdiyindən 3 azyaşlı uşaq himayəmdə qalıb. Mən də övladlarıma baxmaqda çətinlik çəkirdim və buna görə də ailə qurmağı planlaşdırırdım.

Bununla bağlı Flora ilə danışdım və o da mənimlə ailə qurmağa razılıq verdi. 14 dekabr 2020-ci il tarixdə, saat 16 radələrində mən Flora ilə yaşadığım evin giriş qapısının qarşısında söhbət edərkən mənə bir saatdan sonra anasına kənddə yerləşən aptekdən dərman almaq üçün gedəcəyini, həmin vaxt gəlib onu aparmağımı bildirdi.

Mən də razılaşdım və həmin gün saat 17 radələrində idarə etdiyim "Vaz 21011" markalı avtomobillə dükana gedib ərzaq alaraq yaşadığım evə gəldim. Sonra isə idarə etdiyim avtomobillə kəndin mərkəzinə doğru hərəkət edərkən Floranın küçə ilə aptekdən yaşadığı evə doğru tək piyada getdiyini gördüm və avtomobili arxaya doğru sürüb onun yanına yaxınlaşdım.

Avtomobildən düşüb Floraya yaxınlaşdım və avtomobilə minməsinə dedim. Həmin vaxt Flora məndən öz istəyi ilə getməsini kiminsə bilməməsi üçün onu zorla avtomobilə mindirməyimi xahiş etdi. Flora ərindən boşanmışdı və kənddə adına söz yayılmasını istəmirdi.

Buna görə də onun qolundan və sinəsindən tutmaqla dartışdırıb idarə etdiyim avtomobilin arxa oturacağına mindirdim və qabaq sərnişin oturacağından avtomobilə daxil olub qabaq sürücü oturacağında əyləşdirdim, sonra isə Floranı yaşadığım evə aparmaq üçün avtomobili hərəkət etdirdim.

Təxminən küçə ilə yaşadığım evə doğru 100 metr məsafə qət etdikdən sonra Flora mənə getmək istəmədiyini və onu buraxmağımı dedi.

Bundan sonra avtomobili saxlayıb qapısını açıb, Floraya getməsini dedim. Sonra evə gəldim, bir neçə dəqiqədən sonra Floranın bacısı gəlib məni bacısını zorla qaçırmaqda günahlandırmaqla söyüb təhqir etdi və avtomobilimin arxa şüşəsini daşla vurub sındırdı.

Mən Floranı zorla qaçırmamışam, ona xəsarət yetirməmişəm, onun öz xahişi ilə zorla aparmasını nümayiş etdirmək məqsədilə avtomobilə mindirmişəm".

Mənim pulumla aldığı maşınla...

Məhkəmədə ifadə verən həbs edilmiş şəxsin həyat yoldaşı deyib ki, olay o, Cəlilabadda olarkən baş verib:

"Təqsirləndirilən şəxslə 2010-cu ildə ailə qurmuşam, birgə nikahdan 3 övladımız var. Zərərçəkmiş şəxs isə qonşumuzdur.

Təxminən 5-6 il əvvəl Flora Rəşadı evinə daxil olmasına görə şərləyib və buna görə də onunla aralarında narazılıq yaranıb.

Təxminən 2020-ci ilin yay aylarında mənim iş yerimdən aldığım pulların müqabilində Rəşad özünə "Vaz 21011" markalı, sarı rəngli avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olmağa başladı. 2020-ci il sentyabr ayının əvvəllərində isə Rəşad ilə aralamızda narazılıq yarandığından uşaqları da Rəşadın yanında qoyaraq ondan qeyri-rəsmi ayrılıb valideynlərimin yanına getmişəm.

Təxminən 2020-ci ilin dekabr ayının 20-də ata evindən Qaracəmirli kəndinə gələndə eşitdim ki, Rəşad qonşuları Floranı qaçırmaq istədiyinə görə polis əməkdaşları tərəfindən tutulub.

Bundan sonra "Vaz 21011" markalı avtomobili satmaq qərarına gəldim və bu barədə qonşulara məlumat verdim. Həmin vaxt avtomobilin arxa pəncərəsi sındırılmış vəziyyətdə idi, mənə dedilər ki, şüşəni Floranın bacısı daşla sındırıb. Həmin pəncərəni də təmir etdirib maşını 1400 manata satdım".

Məhkəmə prosesinin yekununda hadisəni lentə alan kamera görüntüləri, F.Muradovanın bədənindəki xəsarətlər və digər sübutlar nəzərə alınaraq R.Quliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un Liderlər Sammitində ailə fotosu çəkdirilib
Sahil Babayev rəsmən açıqladı:Minimum əməkhaqqı və pensiyalar artırılacaq
Hava ilə bağlı XƏBƏRDARLIQ –QAR GƏLİR…

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü