Bakıda xadimə işləyən qadın lift şaxtasını təmizləyərkən qırılan liftin altında qalıb. 37 yaşlı Mahirə Yusifova elə yerindəcə dünyasını dəyişib. Dəhşətli hadisənin görüntüsü binanın təhlüksizlik kamerasına düşüb.
Hadisə bu gün günorta saatlarında, paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 44a ünvanında baş verib. Hadisə anı anbaan binanın blokunda olan təhlükəsizlik kamerasına düşüb.
Hadisə baş verdikdən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Şaxtada dünyasını dəyişən qadının meyiti çətinliklədə olsa, oradan çıxarılıb. Nəsimi rayon prokurorluğunun əməkdaşlarının verdiyi məlumata görə, hadisə nəticəsində dünyasını dəyişən qadın 37 yaşlı Mahirə Yusifova olub. Araşdırma zamanı məlum olub ki, səhər saatlarında binanın liftində nasazlıq yaranıb. Binaya nəzarət edən komendant Sultanməcid Əzizov usta çağıraraq lifti təmir etdirmək istəyib.
Çəkiliş apardığımız zaman həmin ünvana mərhumun həyat yoldaşı da gəldi. Əslən Qəbələdən olan ailə bir neçə ildir ki, Bakıda kirayədə yaşayırmış.
Hadisədən sonra binanın komendantı və usta Nəsimi rayon prokurorluğuna aparılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxu24.com
ŞƏRHLƏR