Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58036
az

Həkimdən SOS: Vəziyyət ciddidir, palatalar dolur - VİDEO

22:0801 Sentyabr, 2021
943
  • A

Əgər yoluxma sayındakı bugünkü rəqəmlər üç həftə də davam etsə, yaxın həftələrdə xəstəxanalarda yer problemi ilə rastlaşa bilərik. Hazırda xəstəxanalarda xəstə sayı çoxdur və demək olar ki, palatalar dolmuş vəziyyətdədirlər. Modul tipli xəstəxanalar açıldıqdan 3-4 gün sonra tamamilə dolurlar.

Oxu24.com Axar.az-a istinadən xəbər verir ki, bunu ARB-24-ün "Gündəm" verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib. O bildirib ki, ölkədə koronavirusun delta ştammı geniş yayılır:

"Bugünkü rəqəmlərdə gündəlik 4 000 yoluxma və 40 nəfərdən artıq şəxsin vəfat etdiyini görürük. Bu, çox ciddi göstəricidir. Təsəvvür edin ki, son 10 gün ərzində 500-ə yaxın şəxs dünyasını dəyişib. Bu, bizdə olan rəsmi rəqəmdir. Lakin nəzərə alaq ki, bir evdə beş koronaviruslu şəxsdən biri test verir. Bugünkü ölüm sayı da real göstəricidən təxminən iki dəfə azdır.

Eyni zamanda yoluxma göstəricisi də 7-8 min civarında olar. Vəziyyət çox ciddidir, evlərdə kifayət qədər ağır xəstələr var. Delta qısa müddətdə ağırlaşma verir və temperaturu salmaq olmur. Xüsusən də yanaşı xəstəliyi olan şəxslər daha tez ağırlaşır və oksigenə tələbatı daha tez başlayır. Aparılan müalicələr isə, demək olar ki, effekt vermir.

Onu da qeyd edim ki, delta ştammı gənclər və kiçik yaşlı uşaqlar arasında özünü çox kəskin əlamətlərlə göstərir. Hətta 3-4 yaşlı uşaqlarda 39-40 dərəcə temperatur müşahidə olunur. Sevindirici hal odur ki, 10 yaşlı uşaqlarda ölüm faizi, demək olar ki, 0 səviyyəsindədir. Həmçinin yaşlı şəxslərlə müqayisədə uşaqlarda deltanın gedişatı müalicəyə daha tez tabe olur".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elektriklə işləyən
Niyə qadınların yaşını soruşmaq olmaz?
Yeməkdən sonra su içməyin

Suya atılmış qozun inanılmaz faydaları

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bakıda ticarət mərkəzindən oğurluq