Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57991
az

Türkiyə Qarabağda MÖHTƏŞƏM ADDIMA HAZIRLAŞIR: Qəti vaxt açıqlandı - Sentyabrın 2-dən sonra...

14:4431 Avqust, 2021
1119
  • A

"Türkiyə Qarabağdakı proseslərlə yaxından və daim maraqlanır. Bu günlərdə müdafiə naziri Hulusi Akar növbəti dəfə bəyan etdi ki, Türkiyə həmişə Azərbaycanın yanındadır, bütün imkanları ilə ölkəmizi müdafiə etməyə hazırdır. Hesab edirəm ki, sentyabrın 2-də Füzulidəki beynəlxalq hava limanının açılmasından sonra Türkiyənin bu proseslərdə hansı şəkildə iştirak etdiyini görəcəyik. Məncə, bu iştirak möhtəşəm və qürurverici olacaq".

OXU24.COM Teleqraf.com-a istinadən xəbər verir ki, politoloq Qabil Hüseynli belə açıqlama verib. Qafan-Gorus yolunun ölkəmizdən keçən hissəsini bağlanması haqda məlumatlara münasibət bildiriən politoloq qeyd edib ki, baş verənlərə adekvat olaraq, yolu bağlayıb:

"Azərbaycan bununla da Xankəndinə nəqliyyat axınının sürətini azaldır. Eyni zamanda, Ermənistana başa salmaq istəyir ki, nəqliyyat və kommunikasiya xətlərinin açılması məsələsində Azərbaycandan asılıdır. Azərbaycan bununla Ermənistanı ağlını başına gətirmək istəyir. Bununla son günlərdə Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı sərgilədiyi tərsliyin qarşısını almaq niyyətindədir. Əgər bu baş verməsə, Azərbaycan Laçın dəhlizi üzərində nəzarətini bərpa etmək məsələsinə baxa bilər. Azərbaycan bu addımları atırsa, demək ki, nəyəsə araxlanır. Baxın, sentyabrın 2-də Füzulidə beynəlxalq hava limanı işə düşəcək. Hesab edirəm ki, bundan sorna Azərbaycanın müttəfiqlərinin hərbi tranzit səviyyəsi daha yüksək mərhələyə qalxacaq. Çünki Azərbaycan başa düşür ki, bölgədə vasitəçi olan Rusiya artıq öz missiyasını sədaqətlə yerinə yetirmir. Buna görə də Azərbaycan yeni müharibəyə hazırlıq görür". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fərid Əhmədov daha bir hakimə yüksək vəzifə verdi
Bakının 4 rayonunda qaz olmayacaq
Sian şəhərindən Bakıya yeni qatar marşrutu istifadəyə verildi

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı