Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yaymaqla sərhəddə gərginlik yaratmağa çalışıb.
Ermənistanın "nyus.am" saytının iddiasına görə, Azərbaycan hərbçiləri onlara məxsus 75 baş iribuynuzlu mal-qaranı oğurlayıblar. Bu ölkənin insan haqları üzrə ofisinin yaydığı məlumata görə, insident bir neçə gün bundan əvvəl baş verib.
Zərərçəkənlərin sözlərinə görə, onlar 800-900 metr uzaqlıqda üç azərbaycanlı hərbçini müşahidə ediblər. "Səngərlərdən çıxan əsgərlərin heyvanlara yaxınlaşdıqlarını gördük. Onlar silahlı idilər" deyə ermənilər iddia ediblər. Erməni sakinlər bu barədə Vayoç Dzor vilayət rəhbərliyinə, sərhəd xidməti rəhbərliyinə, korpus komandanlığına müraciət ediblər. Ardınca da bildiriblər ki, bu mal-qaranı kreditlə 8 mln. drama alıblar. Və bu borcu necə qaytaracaqlarını bilmirlər.
Oxu24.com
ŞƏRHLƏR