Dövlət Statistika Komitəsinin cari ilin birinci yarısına olan statistikasına əsasən, ölkədə 23 min 231 nikaha daxilolma halı baş verib. Bu ilin ilk yarım illiyində isə 8168 boşanma halı qeydə alınıb ki, bu da yeni qurulan hər 3 ailədən birinin dağılması deməkdir. Maraqlıdır, görəsən nə baş verir, ailələrdə boşanmaların sayının getdikcə artmasının səbəbi nədir?
OXU24.COM Real TV-yə istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycanda nikahların pozulmasının əsas səbəbləri sırasına kənar müdaxilələr, iqtisadi baxımdan ailənin maddi durumunun aşağı olması, sosial şəbəkələr, həmçinin stress və digər psixoloji problemlər, o cümlədən, məişət zəminində baş verən münaqişələr daxildir. Mütəxəssislər bildirir ki, ailənin qorunub-saxlanılmasında emosiyaların düzgün idarə edilməsi önəmlidir.
Qeyd edək ki, 2021-ci ilin ilk 3 ayı ərzində 10 min 366 nikaha daxil olma halı qeydə alınıb. Onlardan 3743-ü boşanma ilə sonlanıb.
Oxu24.com
ŞƏRHLƏR