Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla görüşü olub.
Bu barədə Oxu24.com Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Son günlərdə Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilən hücum və təxribatlara toxunan Hulusi Akar Türkiyənin Azərbaycanın haqlı mübarizəsində daim yanında olacağını vurğulayıb.
Oxu24.com
ŞƏRHLƏR