Qazaxıstanın şimalındakı Ozernoe kəndində yaşayan Əhmədova 12 yaşından bu günə qədər çoban olan atasına kömək edir.
OXU24.COM xəbər verir ki, Əhmədova paytaxt Nur Sultanda kompüter müəllimliyi ixtisasını bitirib. Bir neçə il şəhərdə qalıb işləyib. Daha sonra atası xəstələnib və Ahmedova geri qayıdıb.
Hazırda 7 aydır atasının yerinə onlarla at ilxısını o idarə edir. Əhmədova uşaqlıqdan ata mindiyini və kəndə yaxşı bələd olduğunu bildirib:
"Sürünü gölün kənarında yaşıllıq olan yerə aparıram. Bəzən onlara mahnılar da oxuyuram. Maraqlı görüntülər olur, onları telefonumla lentə alıram. Sosial şəbəkə hesabı açanda vdieolarımı yüklədim. Qısa müddətdə minlərlə baxış sayı yığdı".
Ahmedova onun haqqında sənədli film çəkiləcəyini açıqlayıb. Çoban qız hər zaman tarixi janrda olan filmdə rol almaq istədiyini bildirib.
Oxu24.com
ŞƏRHLƏR