Küveytdə dünyanın ən böyük təkər tullantıları poliqonunda yanğın baş verib.
Xarici KİV-də yayılan məlumatlara əsasən, yanğın vaxtında söndürülməzsə, bu, ölkə üçün ekoloji fəlakətə səbəb ola bilər.
Qeyd edək ki, Sulabiyə şəhərindəki zibillik 600 min kvadratmetr sahəni əhatə edir. Burada təxminən 52 milyon ədəd istifadəyə yararsız təkər saxlanılır.
Dünyanın ən böyük təkər tullantıları mərkəzinə təkcə Küveytdən deyil, həm də Pakistan, Hindistan və Malayziya kimi bir çox yerlərdən istifadə olunmuş şinlər gətirilir.
Küveyt hökuməti artıq 30 ilə yaxındır ki, fəaliyyət göstərən poliqonun gələcək taleyi barədə qərar qəbul etməkdə çətinlik çəkir. Zibillikdə mütəmadi olaraq yanğınların baş verdiyi və nəticədə, planetimizin atmosferinə külli miqdarda toksik maddələrin buraxılır.
Avropa ölkələrinin atmosferə zərərli tullantıların səviyyəsini aşağı salmaq istiqamətindəki səyləri fonunda Küveytdəki təkər zibilliyindəki mənzərə, yumşaq desək təəssüf doğurur.
Oxu24.com
ŞƏRHLƏR