Türkiyədə 4 nəfər tərəfindən təcavüzə uğradığını iddia edən 19 yaşlı qız ədalət axtarışını sosial şəbəkədə dilə gətirib.
OXU24.COM haberler.com-a istinadən xəbər verir ki, bəlli olmayan şəxslərin 1 il zorladıqları qızın paylaşımları qısa müddətdə sosial medianın gündəminə çevrilib.
3 il əvvəl 4 nəfər tərəfindən təcavüzə uğradığını və ədalət axtardığını söyləyən gənc qız Twitter-dəki paylaşımları qısa müddətdə sosial medianı silkələyib. Ecem G. adlı qız bütün yaşadıqlarını və yaşadığı psixoloji prosesi ətraflı izah edərək ona qarşı təcavüz hərəkəti yol verənlərin cəzalanmasını tələb edib. "3 ildir mübarizə aparıram, amma məhkəmə onları sərbəst buraxıb. "Maşından düşürdülər, qolumdan tutub məni sürüklədilər. Başımı yerə vurdular. Qaranlıq idi. Ətrafda kamera yox idi. Qışqırdım, amma heç kim olmadığı üçün eşitmədilər. Gözlərimi və ağzımı örtdülər. Nələr danışdıqlarını açıq şəkildə eşidirdim. İki kişi mənim qollarımı və ayaqlarımı bağladılar. Məni zorladıqları zaman ayıq idim, hər şeyi dəqiq xatırlayıram, amma hiss etmirdim. Mənim ətimi cırırdılar. 3 nəfər məni tutmuşdu və 1 nəfər mənə təcavüz etdi. Ağlamaqdan göz yaşım qalmamışdı. Məni növbə ilə təcavüz etdilər" deyib. Yaşadıqlarından sonra 10 ay danışa bilmədiyini ifadə edən qız "həkim mənə "övladın olmayacaq" deyib. Ədalət üçün mübarizə aparıram" deyib.
Oxu24.com
ŞƏRHLƏR