Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56666
az

SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı

12:4918 İyul, 2021
957
REDAKTORUN SEÇİMİ
  • A

Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılıb.

Baş Prokurorluqdan  Oxu24.com-a  daxil olan məlumata görə, müəyyən edilib ki, 1996-cı il təvəllüdlü Səadət Xasməmmədova qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Kamran Tağıyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin mart-iyun ayları ərzində, sonuncu dəfə isə 13.07.2021-ci il tarixdə yaşadıqları evdə narkotik vasitələrin təsiri altına düşərək səbəbsiz yerə aşkar surətdə yetkinlik yaşına çatmayan 2016-cı il təvəllüdlü S.Xasməmmədovanın doğma oğlu Cahid Abdulova güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab veriblər.

Bakıda 17 yaşlı qız binanın altıncı mərtəbəsindən yıxılaraq ölüb - VİDEO - YENİLƏNİB
Gədəbəydə çoban sel nəticəsində ölüb, onun meyiti bir müddət sonra tapılıb
Tovuzda minik maşını ağaca çırpılıb, sürücü ölüb
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Xəzər rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib.

Səadət Xasməmmədova və Kamran Tağıyev cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmaqla istintaqa cəlb ediliblər.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, “Uşaqların hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununun və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq azyaşlı uşağın gələcək təhlükəsizliyini təmin etmək məqsədi ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ananın valideynlik hüquqlarının məhdudlaşdırılması barədə müvafiq rayon məhkəməsi qarşısında mülki iddianın qaldırılması təmin ediləcəkdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

6 saat İŞIQ OLMAYACAQ
Rusiyanın bu adası yoxa çıxdı— Alimlər şokda
Bakıda bu tarixdə leysan yağacaq, temperatur 7-10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları — VİDEO

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto