Kotdivuarın paytaxtı Yamusukro şəhərindən 100 kilometr şimalda yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində ən azı 23 nəfər ölüb, 34 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli “Fraternite Matin” nəşri məlumat yayıb.
Xəsarət alanların 16-sı xəstəxanaya aparılıb.
Onlardan beşi uşaqdır.
Üç nəfər isə komaya düşüb.
Hadisəyə səbəb mikroavtobusun təkərlərindən birinin partlaması olub.
Oxu24.com
ŞƏRHLƏR