Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56521
az

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

14:5815 İyul, 2021
796
SİYASƏT
  • A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı telefonla zəng edib.

Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı ilk növbədə həmin günlərdə həlak olan şəhidlərin xatirəsini dərin ehtiramla yad edib. Prezident İlham Əliyev bildirib ki, Türkiyə dövlətçiliyinə və xalqına qarşı yönəlmiş həmin xəyanətkar dövlət çevrilişi cəhdinin qarşısının alınmasında şəxsən Rəcəb Tayyib Ərdoğanın göstərdiyi qətiyyət və böyük liderlik müstəsna rol oynayıb.

Dövlət başçısı eyni zamanda qeyd edib ki, həmin tarixi sınaq günlərində xalqın Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməsi Türkiyə xalqının dövlətçilik yolunda göstərdiyi fədakarlığının bariz nümunəsi olub.

Prezident İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi günlərində olduğu kimi, bu gün də Azərbaycanın dost və qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb, ölkələrimiz və xalqlarımız arasında sıx birliyin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlıq edib və öz növbəsində Türkiyə-Azərbaycan birliyi və qardaşlığının hər zaman möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Söhbət zamanı əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Gəlir gəlsin, gəlmir, heç lazım da deyil” - Prezidentdən sərt xəbərdarlıq
İrəvana verilən silahlar kritik həddə çatsa, onda... - Əliyev

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı