Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56433
az

SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi: Sabahdan etibarən...

14:4513 İyul, 2021
1453
SON DƏQİQƏ
  • A

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  Oxu24.com-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 30-34 isti, Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24 isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 32-37 isti, dağlarda gecə 13-18 isti, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onları 7 minədək cərimə gözləyir- DYP-dən müraciət
Qar yağacağı gözlənilir — Sabahın havası
Əhalinin NƏZƏRİNƏ:İçərişəhərə bu tarixdən giriş məhdudlaşdırılır

Yaponiyada yolların binaların içərisindən keçdiyi şəhər — VİDEO

18+

Parkda qıza təcavüz etmək istəyən kişi tutulub
Yükün içərisindən adam çıxdı— Azərbaycan sərhədində şok hadisə
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi