Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56272
az

Nazirlik şadlıq sarayları ilə bağlı məlumat yaydı

18:5408 İyul, 2021
551
CƏMİYYƏT
  • A

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il iyulun 1-dən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) keçirilməsinə icazə verilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu tədbirlərdə koronavirus infeksiyasına qarşı tələblərə nəzarəti təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qrupları müntəzəm monitorinqlərə başlayıblar. Monitorinq qrupları Bakı şəhərində və respublikanın digər regionlarında şənlik mərasimlərinin keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyətini araşdırır və zəruri qaydaların pozulması hallarının qarşısını alır.

İyulun 6 və 7-də aparılmış monitorinqlər zamanı şənlik təşkil edilən məkanların ərazisi, stollar ətrafında və arasında məsafə, işçi heyətin müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi, şənlik mərasimlərində iştirak edənlərin COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədin mövcudluğu və s. məsələlər araşdırılıb. Şənlik mərasimlərinn keçirildiyi bir sıra məkanlarda tələblərin pozulması halları müəyyən edilib və onlar yerindəcə aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub.

Monitorinq qrupu yeni ailə quranlara hədiyyələr təqdim edib, müvafiq qaydaları şənlik mərasimindən öncə bir daha toy və tədbirin keçirildiyi məkan sahiblərinin diqqətinə çatdırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Azərbaycana gəldi
Heydər Əliyev Mərkəzində onlara ziyafət verildi -FOTO
Estetik cərrahlardan şikayət edən onlar imiş -FOTO

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü