Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56059
az

Hindistan ştammı uşaqlarda ağır izlər qoyur - Ekspertlər HƏYƏCAN TƏBİLİ ÇALDI

22:4401 İyul, 2021
427
CƏMİYYƏT
  • A

Hindistanda koronavirusa yoluxan uşaqlara və yeniyetmələrə getdikcə daha çox MIS-C diaqnozu (çoxsistemli iltihab sindromu) qoyulur. Bu barədə Hindistan Tibb və Tədqiqat İnstitutu məlumat verib.

OXU24.COM publika.az-a istinadən xəbər verir ki, həkimlər bu sindromun qarşısını almaq üçün məktəblilərin daha çox fiziki məşq etməli olduğunu söyləyib. Artıq çəki əsas risk faktorlarından biridir. Bundan əlavə, uşaqların virusu asimptomatik keçirməsinə baxmayaraq, valideynlərin ayıq-sayıq olmasının vacibliyini vurğulayıblar.

Dünya tibbində uşaqlarda çoxsistemli iltihab sindromu diaqnozu COVID-19-dan az sonra - 2020-ci ilin yayında ortaya çıxdı. Həkimlər sağaldıqdan ən azı bir neçə həftə (bəzən 1,5 ay) sonra bəzi yeniyetmələrdə qızdırma, dəri səpkiləri, aşağı təzyiq, hətta birdən çox orqanın sıradan çıxdığını görməyə başladılar.

Pediatrların sözlərinə görə, bu, bir çox cəhətdən qan dövranı xəstəliyi olan və əsasən uşaqlarda rast gəlinən Kavasakiyə yaxındır. MIS-C sindromunu tez-tez Kavasakiyə bənzədirlər. Buna baxmayaraq, həkimlər bunların iki fərqli diaqnoz olduğu qənaətindədir.

Rusiyalı həkim Yevgeni Timakov "Life"a verdiyi müsahibədə bildirib ki, onlar arasındakı fərqlər laboratoriya məlumatları və orqan zədələnmə dərəcələri ilə izah olunur. Bununla birlikdə, çoxsistemli sindrom antiinflamatuar və qandurulaşdırıcı maddələr daxil olmaqla, Kavasaki sindromu ilə eyni şəkildə müalicə olunur.

"Sindrom ciddidir, uşağın bədənindəki bütün orqan və toxumalara təsir edir. Təəssüf ki, özünü müxtəlif allergik xəstəliklər, səpkilər kimi göstərir, yəni valideynlər bunu dərhal tanımaya bilər. Buna görə də ağır fəsadlarla nəticələnə bilər, koronavirus infeksiyasından 2-6 həftə sonra ortaya çıxır, müalicə olunmasa, uşağın həyatı üçün təhlükə daşıyır.

Sindrom qismən böyüklərdəki məşhur "sitokin fırtınası" ilə müqayisə edilə bilər. Hər iki vəziyyətdə də bu, bədənin patogenlərin hücumuna qarşı həddindən artıq müdafiə reaksiyasıdır. Bu, müxtəlif otoimmun proseslərin meydana gəlməsi ilə immunitetin həddindən artıq reaksiyasıdır. Yalnız yetkinlərdə "sitokin fırtınası" dərhal özünü göstərir, uşaqlarda isə gecikir'", - Yevgeni Timakov qeyd edib.

Pediatr vurğulayıb ki, koronavirusa yoluxan uşağın vəziyyətindəki hər hansı dəyişiklik narahatlığa əsas verir: "Əzələ ağrıları, temperatur reaksiyaları, dərinin qabıq verməsi, şişkinlik, qanaxmalar, müxtəlif spesifik xəstəliklər ciddi simptomlardır. Təcili olaraq həkimə müraciət etməlisiniz".

Pediatr Andrey Stepanov isə bu sindromun koronavirusun damar sisteminə təsiretmə qabiliyyəti ilə əlaqəli olduğunu bildirib:

"COVID-19 damar endotelium üçün faciəlidir, damarlar hər yerdə olduğundan hər səviyyədə və bütün sistemdə uğursuzluqlar baş verə bilər. Ürəkdəki aritmiyalar, baş ağrıları, zehni funksiyanın pozulması, əlin titrəməsi - bunların hamısı koronavirus nəticəsində baş verən orqanlar və sistemlərin pozulmasına daxildir. Bu sindrom o qədər müxtəlif təzahürlərə malikdir ki, onu təyin etmək çox çətindir.

Niyə yalnız uşaqlara xasdır?

Rusiyalı pulmonoloq Vyaçeslav Oveçkin qeyd edib ki, MIS-C-yə uşaq və yeniyetmələrdə rast gəlinməsi immunitetin və bədənin hələ tam formalaşmaması ilə əlaqəli ola bilər.

"Bu, mümkün variantlardan biridir. Tibdə uzun müddətdir ki, postkoronavirus sindromu müzakirə olunur. Bu və ya digər dərəcədə bütün xəstələri narahat edən məsələdir. Lakin postkoronavirus uşaqlıqda baş verən MIS-C ilə əlaqəli deyil. Yəni bu sindroma hər yaşda olan insanlarda rast gəlinir. Postkoronavirus çoxyönlüdür, insanlarda baş ağrısı və davamlı qızdırma, uzun müddət iybilmə qabiliyyətinin pozulması, halsızlıq və təngənəfəslik kimi şikayətlər olur. Həmçinin bir qayda olaraq həkimlər müayinə zamanı ciddi dəyişiklik tapmırlar.

Həkimlər bütün bu sindromların səbəbləri ilə bağlı suallara birmənalı cavab verə bilmirlər. Versiyalardan biri odur ki, sağaldıqdan sonra koronavirus bədəni tamamilə tərk etmir, əksinə, bir növ "konservləşdirilmiş", hərəkətsiz vəziyyətdə qalır. Herpes virusu kimi", - pulmonoloq əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya XİN-dən İrəvana SƏRT MESAJ:
Sabah 102 120 məzun üçün
Yeni nazir daha bir yüksəkvəzifəli şəxsi İŞDƏN ÇIXARDI

Yunan adası 50 il sonra su altında qalacaq

18+

İlon Mask cinsi təcavüzdə ittiham olunur
Bakıda məktəbdə dəhşətli anlar: Mühafizəçi məktəblini döydü
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu vərdişlər hər 4 nəfərdən 1-ni öldürür - Təcili tədbir görülməlidir!
Əhmədin ifadəsi məlum oldu