Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55978
az

Poroşenkonun şokolad firmasının məhsulu Azərbaycanda yararsız çıxdı

20:5929 İyun, 2021
452
  • A
İdxal olunan karamel məhsulunun istehlak üçün yararsız olduğu aşkar olunub.
 
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
 
Bildirilib ki, Ukraynada istehsal olunan və “Azroşen” MMC tərəfindən ölkəmizə idxal edilən “Roshen” əmtəə nişanlı karamel məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
 
Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasında aparılan müayinələr nəticəsində məhsul partiyasında kif və maya göbələklərinin miqdarının normadan çox olduğu aşkar edilib. İdxal olunan məhsulun texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, istehlak üçün yararsız olduğu müəyyən edilib.
 
Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 8.3 ton karamel məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.
 
Qeyd edək ki, “Roshen” firması Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkoya məxsusdur.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hansı janrda film sevirsiniz? - Bu xarakterimizdən xəbər verir
Rəsmdə ilk nə gördünüz? – Xarakter TESTİ
Xersona zərbələr endirildi: 19 nəfər öldü

Yuxusuzluğun çarəsi: xiyarı çarpayının yanına qoysanız...

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu qatqı  infarkt və insulta səbəb ola bilər -  DİQQƏT!
Doğuşdan bir neçə saat sonra öldü, iki övladı qaldı - VİDEO