Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən xəbərə görə, rayonun Xanəgah kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 4,2 ton olan 5700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Oxu24.com
Oxu24.com
ŞƏRHLƏR