Cinsiyət orqanının uzunluğu nə qədər olmalıdır - Dərmanlar böyüdür?
Artıq 20 illik həkimlik praktikamda dəfələrlə öz xarici cinsiyyət üzvünün uzunluğundan şikayət edən insanlar qarşılaşmışam. Bir həkim üçün kişinin cinsiyyət üzvlərini qiymətləndirmək asandır — penisi ölçmək üçün sadə xətkeş, xayaların ölçülməsi üçün Preder orxidometri deyilən taxta və ya plastik toplardan istifadə edilir. Yəni nə çoxlu qan təhlili lazımdır, nə ultrasəs, nə də maqnit-rezonans müayinəsi.
Elə başdan bir məsələni etiraf edirəm: həkimlər öz xarici cinsiyyət üzvünün ölçülərindən şikayət edən xəstələri sevmirlər. Doğrudur, bu iddianı ancaq müəyyən qrup həkim üçün gerçək qəbul etmək olar — bəzi həkimlər bu cür xəstələrlə işləməyi çox sevirlər.
Beynimdə mövzuya aid hər zaman fırlanan bir neçə sual mövcuddur:
1. Normal penis ölçüsü nə qədərdir?
2. Qısa və/və ya balaca penisdən şikayət edən insanların penisi həqiqətən də balaca və qısadırmı?
3. Penis ölçüsünün cinsi əlaqədə kişinin bacarığına dəxli varmı?
4. İnsanlar penis ölçülərinin kiçikliyindən niyə şikayət edirlər?
Bu günkü yazımızda bu suallardan bəzilərini cavablandırmağa çalışacayıq. Əlbəttə mövzu yuxarıda sadaladığım suallardan da əhatəlidir. Məhz buna görə bu mözuda bir deyil bir neçə yazı hazırlamağı düşünürəm — bu yazı ilkdir.
Kişi cinsiyyət orqanı necə ölçülür?
Ümumiyyətlə, cinsiyyət sistemi 2 yerə bölünür: xarici və daxili cinsiyyət orqanları.
Kişilərdə xarici cinsiyyət üzvlərinə penis və xayalıq daxildir. Bəli, məhz xayalıq. Xayalar dəridən ibarət olan “torbanın” içində olduğu üçün daxili cinsiyyət üzvü sayılırlar.
Daxili cinsiyyət üzvlərindən isə prostatı, toxum kisələrini, toxum axacağını, xaya və xaya artımlarını göstərmək olar. Xayalar daxili cinsiyyət üzvləri olsalar da, dəridən bir torbanın içində yerləşdiyi, kənardan baxanda ölçüləri haqqında az-çox fikir sahibi olmaq mümkün olduğu üçün əslində bir növ “xarici cinsiyyət üzvü” kimi qəbul edilə bilərlər.
Əlqərəz — kişilərdə ölçülən xarici cinsiyyət üzvləri ancaq 2 dənədir: penis və xayalar.
Xayaların ölçüsü əslində sonsuzluq mövzusuna aid olduğu üçün bu məsələyə bu gün toxunmayacayıq. Bunun yerinə penis ölçüsü haqqında bol-bol danışacayıq.
Penisdə ölçülən 2 parametr vardır: uzunluq və qalınlıq.
Penisin 3 halı mövcuddur: yumşaq, dartılmış və bərkimiş halları.
Penisin halları niyə vacibdir? Sadə vətəndaş ən çox yumşaq haldakı penis ölçüsünə baxır axı?!
Əslində elə deyildir. Bu məsələdən şikayət edən bəziləri penisin bərkimiş halındakı ölçülərindən də şikayət edə bilər. Eyni zamanda həkimlər umşaq penis haqqında fikir sahibi olmaq üçün penisi dartaraq müayinə edirlər. Çünki penis ətrafmühitin temperaturu, insanın ruh halından asılı olaraq müxtəlif şəkillərə düşür.
Necə yəni?
Penis həmişə eyni şəkildə olmur. Ətraf mühitdə temperatur aşağıdır, yəni soyuqdursa, penis xüsusi əzələlər tərəfindən bədənə daha yaxın, içəri çəkilir. İnanın, bu, penisi isitmək məqsədi daşımır.
Penis insanın barmaqları, burnu kimi “uc orqan” sayılır. Yəni insanın bədənindən maksimal dərəcədə uzaqlaşmış. Həqiqətən də baş ümumilikdə yumrudur — sadəcə burun və qulaqlar bu kürədən kənara vız durur.Ətraf mühit soyuq olduğunda orqanizm öz istiliyini itirməmək üçün vız duran üzvlərini özünə doğru çəkməyə çalışır.
Əlbəttə burnu “içəriyə çəkmək” mümkün deyildir. Elə ona görə də, şaxtalı havada burun, qulaqlar donma təhlükəsi ilə üz-üzə qalırlar. Lakin penis və xayalar bədənə doğru çəkilə bilər və təbabət indiyə qədər bu orqanların şaxtadan donduğuna şahid olmamışdır.
Oxu24.com
ŞƏRHLƏR