Hindistanda "qara kif" adı ilə tanınan göbələk xəstəliyinə artıq 8.800-dən çox yoluxma qeydə alınıb.
Oxu24.com bildirir ki, bu barədə ölkənin kimyəvi sənaye naziri Sadananda Govda bildirib.
O deyib ki, müxtəlif əyalətlərdə artan yoluxma hadisələrinin ətraflı analizindən sonra, bu gün bütün bölgələrə cəmi 23.680 flakon Amfoterisin-B (göbələk əleyhinə vasitə) paylanılıb:
"Bu təyinat ümumilikdə 8848 nəfər olan ümumi xəstələrin sayına əsasən aparılıb".
Nazir bu xəstəlikdən ən çox Gudjarat əyalətinin əziyyət çəkdiyini qeyd edib: "Orada 2281 yoluxma halı qeydə alınıb".
Qeyd edək ki, ölkənin Maharashtra, Andhra Pradesh və Telangana əyalətlərində xəstələr müəyyən edilib.
Oxu24.com
ŞƏRHLƏR