Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55496
az

Bilgəhdəki çimərliyin bağlanma səbəbi açıqlandı - Əxlaqsızlıq məkanına çevirmişdilər... - FOTO - YENİLƏNİB

01:2517 İyun, 2021
4455
CƏMİYYƏT
  • A

Sabunçu rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Bilgəh və Nardaran arasında olan "Bağçılar" çimərliyinin qapadılmasının səbəbləri oradakı antisanitariya ilə dözülməz vəziyyət olub.

"Bəzi vətəndaşlar bu çimərliyi intim görüşlər üçün məkana çevirmişdilər. Əyyaşlarla narkomanlar da oraya yığışırdılar. Onlar adətən axşam 20.00 radələrindən sonra həmin məkana yollanır, orada çadır qurur, çirkin işlərlə məşğul olurdular.

Bundan başqa, ərazidə bir neçə zibil konteyneri qoyulsa da, vətəndaşlar onlardan istifadə etmir, zibilləri hara gəldi, atırdılar.Nəticədə ərazi az qala zibilxanaya çevrilmişdi. Sözügedən ərazidən çimərlik qismində istifadəni FHN də yasaqlayıb. Orada dəniz çimmək üçün əlverişli deyil. Dənizdə batma halları çox olurdu. Bu yaxınlarda orada iki gənc batıb.
Çimərliyə gələnlər avtomobilləri ilə yolu kəsərək əsas yolda şərəkətə mane olurdular.

İyunun 15-də isə orada yerli sakinlərlə çimərliyə gələnlər arasında dava düşüb, bıçaqlanma olu. Bu səbəbdən də çimərlik ərazisinə giriş bağlanıb".

--------

15:20

Bakı çimərliyi açılar-açılmaz vətəndaşlar üçün müəyyən problemlər yaranıb.

Oxu24.com baku.ws-ə istinadən bildirir ki, sosial şəbəkələrdə yazılanlara görə, Bilgəh qəsəbəsində "Bağçılar" çimərliyinə gedən giriş vətəndaşlar üçün hasarlanıb.

Belə ki, çimərliyə giriş yol dəmir arakəsmə ilə bağlanıb. Bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO
Dönər alarkən bunlara diqqət etmək lazımdır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi