Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55282
az

Bakıda icra məmuru döyüldü - YENİLƏNİB

19:3910 İyun, 2021
2852
KRİMİNAL
  • A

18:59

İyunun 9-da ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faiq Əkbərova zor tətbiq edilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.

Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı müəyyən olunmuşdur ki, Binəqədi rayon məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar mənzildə əmlakın siyahıya alınması zamanı borclu - Bəhruz Camalov icra məmuru Faiq Əkbərova qarşı zorakılıq hərəkətləri tətbiq edib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 288.3-cü (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edilməsi) maddəsi ilə cinayət işi başlanılmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.

-------

15:12

Bakıda məhkəmə icra məmuru döyülüb.

Oxu24.com lent.az-a istinadən xəbər verir ki,  bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb.

O qeyd edib ki, Binəqədi rayonu üzrə icra məmuru Faiq Əkbərov icra məmurunun səlahiyyətləri çərçivəsində qanuni tələblər irəli sürərkən döyülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cəlilabaddan ACI XƏBƏR: ölən və xəsarət alanlar var
Bakıda tələbə qızları izləyən manyak PEYDA OLDU -FOTO
Sabirabadda ana doğuşdan sonra öldü

Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları — VİDEO

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto