Həkimlər uzun müddətdir ki, şəkərli qazlı sulardan imtina etməyə çağırır. Bu onların kifayət qədər kalorili olduğuna, şəkər və turşuların dişlərə mənfi təsirinə görədir. Üstəlik, qazlı içki həvəskarları tez-tez həzm sistemi ilə problem yaşayır. Bununla belə, təkcə içkilər deyil, onların satıldığı alüminium qablar da insan orqanizmi üçün zərərli ola bilər.
Oxu24.com deyerler.org-a istinadən bildirir ki, alimlər 2017-ci ildə araşdırma apararaq, içki qabların səthində sağlamlıq üçün təhlükəli olan saysız-hesabsız bakteriyaların olduğunu, xüsusilə bağırsaq çöpünün olmasını aşkar edib. Bu səbəbdən belə qablarda içki alındığı zaman, onu içki çubuğu ilə və ya stəkana tökərək içmək daha yaxşıdır. Bundan əlavə, qablaşdırma zamanı çirklənmə əleyhinə "bisfenol A" eboksiddən istifadə olunur. Mütəxəssislər "bisfenol A"nın sızaraq içkiyə qarışa biləcəyini aşkar edib. Bu içkilərin içilməsi qan təzyiqinə səbəb ola bilər ki, bu da ürək xəstəliyi olan insanlar üçün təhlükəlidir.
Oxu24.com
ŞƏRHLƏR